Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Qızmar yayın qida saxlama qaydalarına riayət edilməməsi nəticəsində artıq 20-yə yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tezadlar.az TƏBİB- ə istinadla bildirir ki, zərərçəkənlərin vəziyyətləri orta ağır qiymətləndirilir. Onların şəxsiyyətləri müəyyən edilib:
– Ümüd İlkin oğlu Səlimli
– Firuzə Şaxtalı qızı Şirəliyeva
– Aydan Məmməd qızı Şirəliyeva
– Könül İlqar qızı Məmmədova
– Səadət Mehrab qızı Orucova
– Mübariz Ənnağı oğlu Şəmiyev
– Samirə Qara qızı Şəmiyeva
– Ramil Möhkəm oğlu Məmmədov
– Ümid Mübariz oğlu Şəmiyev
– Xatun Mübariz qızı Şəmiyeva
– Qurban Nizami oğlu Əsgərli
– Sultanlı Sehrayə İntiqam qızı
Məsələ ilə bağlı rayonun hüquq mühafizə orqanları və AQTA əməkdaşları təcili araşdırmalara başlayıblar. İlkin ehtimala görə zəhərlənməyə səbəb qidaların isti yay rejimində saxlanılması şərtlərinə əməl edilməməsidir.
A.Məmmədli