Əsas məzmuna keç

Eldar İsmayılov Admiral Türker Ertürkü “General Həzi Aslanov “ ordeni ilə mükafatlandırıb – FOTOLAR

“Azərbaycan dünyası” beynəlxalq  jurnalının təsisçisi və baş redaktoru, “Dədə Qorqud” Milli Fondunun yaradıcısı – prezidenti, ictimai xadim, mesenat, türkoloq Eldar İsmayılov (Eldar İsmayıl)   İstanbul Atatürkçü Düşünce Derneyi Kadıköy şöbəsində Admiral Türker Ertürkə  Türk dünyasının, Azərbaycanın bütövlüyü, hərtərəfli inkişafı uğrunda yorulmaz aktiv fəaliyyətinə, Qarabağ hadisələri, 1992 -ci il 26 fevral gecəsi erməni terroristləri tərəfindən törədilmiş olan Xocalı soyqırımı gerçəklərini  xarici ölkələrdə bütün dünyaya yüksək səslə dilə gətirilməsi, xaincəsinə işğal olunmuş Azərbaycan torpaqlarının erməni işğalından sülh yolu ilə azad olunması və  işlədiyi illərdə azərbaycanlı tələbələrin İstanbul Dəniz Hərbi məktəblərində təhsillərinin təşkili işlərindəki göstərdiydi misilsiz xidmətlərinə görə Azərbaycan “Dədə Qorqud” Milli Fondu və  “Azərbaycan dünyası” jurnalının təsis etdiyi “General Həzi Aslanov “ ordenini  təqdim edib.

TEZADLAR.AZ   xəbər verir ki,  bu barədə Admiral  Türker Ertürk özü məlumat verib.

 

JASMİN

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…