23 İyul 2025 / 13:56

Həsən bəy Zərdabinin məzarının başına gətirilən müsibət…

“…Həsən bəy Zərdabi 1907-ci ildə dünyasını dəyişəndə onu Bibiheybət məscidinin yanındakı qəbiristanlıqda dəfn ediblər. Sonradan yol çəkildiyinə görə qəbri bir qədər yuxarı tərəfə köçürdüblər. Bir-neçə ildən sonra qızı Qəribsoltan xanıma xəbər gəlib ki, bəs atanın məzarını yenə başqa yerə köçürtmək lazımdır, yol çəkilir. Tənha qadın, əlində atasının sümükləri və onları basdırmağa yer tapmayaraq torbanı evinə aparır. Düz 7 il Qəribsoltan xanım o sümükləri evində gizlədir… Həmin hadisədən sonra Qəribsoltan xanımın saçları bir gecənin içində ağappaq ağarır… 7 ildən sonra Şıxəli Qurbanovla zərdabişünas Abbas Zamanov Qəribsoltan xanımdan çox böyük minnətdən, get-gəldən sonra Həsən bəyin sümüklərini alırlar. Və onu Zərdabinin yubileyi ərəfəsində Fəxri Xiyabanda basdırırlar”.
Tanınmış jurnalist Aynur Camal yazır: Azərbaycanda heç bir ziyalının başına bu müsibət, bu oyun gəlməyib. Məmməd Əmin Rəsulzadə onun məzarı başında deyib: “Ey insanlar, bu gün Azərbaycan mədəniyyətinin atası öldü… Və məlum olur ki, Zərdabinin məzarını Səttar Zərdablı adında bir şair; özü şəxsi maşınını sataraq düzəltdirib.
Tezadlar.az xatırladır ki, Səttar Zərdablı uzun illər “Kirpi” jurnalına rəhbərlik edib. İş yeri “Azərbaycan” nəşriyyatında, 2-ci mərtəbədə idi…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!