24 İyul 2025 / 10:44

Türkiyə “Tayfun Block 4” hipersonik raketinə sahibdir və…

Türkiyə Tayfun Block 4 hipersonik raketinə sahibdir. Bu, nə deməkdir? Yəni Türkiyə bu cür silaha ABŞ-dan sonra sahib olan ikinci NATO ölkəsidir.
Hipersonik o deməkdir ki, raket səs sürətindən daha üstün hərəkət edir. Tayfun Block 4 isə səsdən 5 dəfə üstün sürətə sahibdir.
Hanıs ölkələrin hipersonik raketi var? ABŞ və Türkiyəni qeyd etdik. Çin, Rusiya, Fransa, İran, Şimali Koreya, Yaponiya, Hindistan. Deməli, dünyada 9 ölkə belə bir silaha sahibdir. “Roketsan”-ın ərsəyə gətirdiyi bu raketin çəkisi 2300 kq.dır. Uzunluğu 6.5 metr, diametri isə 610 mm.dir.
Hipersonik raket strateji silahdır. Məsələn, İran bu silaha sahib olmasaydı İsrailin qarşısında müti vəziyyətdə qalardı. Hava məkanını İsrailə uduzan İran yalınız hipersonik raketlərin hesabına nəsə edə bildi.
2022-ci ildə ilk dəfə bu raket araya çıxanda bu, Yunanıstanda ciddi narahatlıq yaratdı. O vaxt Samsun əyalətinin şimalında keçirilən tədbirdə çıxış edən Tayyib Ərdoğan belə demişdi: “İndi raketlərimizi hazırlamağa başlamışıq. Təbii ki, bu istehsal yunanları qorxudur. “Tayfun” deyəndə yunan qorxur. Onlar (Yunanıstan) bu raketin Afinanı vuracağını deyirlər. Əlbəttə ki, bu raket Afinanı vuracaq”…
Bəli, Türkiyədə bəlli problemlər var. Kimsə bunu inkar edə bilməz. Ancaq Türkiyənin hərbi sənaye sahəsində əldə etdiyi möhtəşəm uğurlar qardaş ölkəyə böyük üstünlüklər verir. Bu üstünlüklər tezliklə Türkiyənin bütün iqtisadiyyatına sirayət edəcək. Mən buna əminəm.
Sayın Ərdoğan olmasaydı Türkiyə hələ də yad qapısında silah dilənirdi. Gavurlar da kefləri istəyəndə silahı verirdi, istəməyəndə qapını göstərirdi. Hələ üstəlik verdikləri silaha nəzarət mexanizmini də öz əllərində saxlayırdılar. Məsələn, Türkiyə ABŞ-dan aldığı qırıcını Amerikanın icazəsi olmadan hansısa ölkəyə qarşı istifadə edə bilməzdi. Çünki nəzarət mexanizmi Amerikanın əlindədir.
İndi Türkiyə Avropaya silah satır. Hələ bunlar nədir ki. Türk mühəndisləri bundan sonra daha böyük uğurlara imza atacaqlar…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!