25 İyul 2025 / 20:27

Gənclər və Rəqəmsal Asılılıq – Yeni Nəsil Nəfəs alır, yoxsa boğulur?

…Zaman keçdikcə texnologiya insan həyatının ayrılmaz parçasına çevrildi. Bir vaxtlar cəmi bir saat internetəgirmək üçün növbəyə duran gənclik indi 24 saat “online” yaşamaq məcburiyyətindədir – ya sosial şəbəkələrdə, ya da oyun dünyasında. Bəs bu, gəncləri necə dəyişdirir? Onlar bu dünyada nəfəs alırlar, yoxsa tədricən boğulurlar?

  Gənclər artıq virtual reallıqda yaşayır

Ailələr şikayət edir: “Uşaq dərsini buraxıb TikTok çəkir!”, müəllimlər deyir: “Dərsdə diqqəti 3 dəqiqədən artıq cəmləyə bilmirlər.” Psixoloqlar isə ciddi xəbərdarlıq edir – rəhbərsiz rəqəmsal dünya gənclərin psixikasına real təhlükəyaradır.

Bir çox tədqiqat göstərir ki, 13–25 yaş arası gənclərin 60%-i hər gün 4 saatdan çox mobil telefondan istifadə edir. Onların əksəriyyəti səhər gözünü açmadan əvvəl telefonuna baxır və yatmazdan əvvəl də eyni vərdişi təkrarlayır.

Sosiallaşma yoxsa yalnızlaşma? 

Sosial şəbəkələrin məqsədi insanları birləşdirmək idi. Amma indi onlar əsl sosial əlaqələri əvəz etməyə başlayıb. Gənclər bir-biri ilə yazışır, amma danışmır. Sevgilər “seen”-lə başlayır, “blocked”-la bitir. Dostlar real həyatda deyil, “story”lərdə görünür.

Zəifləmiş diqqət, azalan maraq

Müasir rəqəmsal alqoritmlər sürətli informasiyanı sevdirir. Amma bu, gənclərin düşünmə qabiliyyətini azaldır, çünki beyin artıq dərin və davamlı diqqətə ehtiyac duymur. 90 saniyəlik videolar beynin öyrənmə sistemini zədələyir. Nəticədə oxumağa, analiz etməyə, fikir yürütməyə maraq azalır.

Nə etməli?

Bu problemi qadağalarla yox, maariflənmə ilə həll etmək olar. Məktəblərdə rəqəmsal gigiyena dərsləri keçirilə bilər. Valideynlər uşaqlarını müşahidə etməli, onları tamamiləqapalı deyil, nəzarətli texnologiya istifadəsinəyönləndirməlidirlər.

Texnologiya düşmən deyil. Əksinə – doğru istifadə edilsə, ən güclü silahdır. Amma gənclər bu silahla oynayır, ondan necə istifadə edəcəyini isə çox azı bilir. Bəlkə də problem texnologiyada yox, bizim bu texnologiyanı düşünmədən təqdim etməyimizdədir…

Kəmalə Vəliyeva

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!