26 İyul 2025 / 17:34

Zelenski Putinə son sözünü dedi:”Regionlara raket zərbəsi cavabsız qalmayacaq və…”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının gecə saatlarında Ukraynanın Sumı, Xarkov və Dnepr regionlarına zərbələrinin cavabsız qoyulmayacağına söz verib. Tezadlar.az xəbər verir ki, V.Zelenski bu barədə “Telegram”da yazıb.

O qeyd edib ki, Rusiya gecə saatlarında ballistik raketlər və dronlarla zərbələr endirib. “Hücum nəticəsində yaralananlar və həlak olanlar var”.

Prezidentin sözlərinə görə, Ukraynanın dinc əhalisinə hücumlar cavabsız qala bilməz.

“Bu zərbələr cavabsız qala bilməz və Ukraynanın uzaqmənzilli dronları bunu təmin edir. Rusiyanın hərbi müəssisələri, logistikası və hava limanları bu ölkənin apardığı müharibənin real nəticələrini hiss etməlidir”, – V.Zelenski əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!