27 İyul 2025 / 16:15

Arif Babayevin səhhəti kritik olaraq qalır

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır. Tezadlar.az bildirir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev bildirib. Musayevin sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!