1 Avqust 2025 / 08:19

Tramp xüsusi elçisi Uitkoffu yenidən Putinə göndərəcək

Uitkoff Moskvaya diplomatik missiyaya gedəcək

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Uitkoff tezliklə yenidən Moskvaya gedəcək.

Tezadlar.az xəbər verir ki, onun səfəri barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinq zamanı bildirib.

Trampın sözlərinə görə, Uitkoff İsrail səfərini başa vurduqdan sonra Moskvaya diplomatik missiya ilə gedəcək.

“Sonra da o, Rusiyaya gedəcək, inanın, ya da inanmayın”, Tramp bildirib.

Ağ Ev rəhbəri xüsusi nümayəndəsinin Rusiya Federasiyasına hansı məsələ ilə bağlı səfər edəcəyini dəqiqləşdirməyib, lakin bu səfərin Trampın Putini hədələdiyi sanksiyaların tətbiqi ərəfəsində baş tutması diqqət çəkir.

Uitkoffun Moskva səfərləri

Donald Trampın xüsusi elçisi Steve Uitkoff, Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq səyləri çərçivəsində mütəmadi olaraq Moskvaya səfər edir. Təkcə aprel ayında ora iki dəfə uçub.

Aprelin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Uitkoff deyib ki, Ukrayna ilə bağlı sülh sazişinə Ukraynanın beş ərazisinin nizamlanması daxildir.

Tramp o zaman bildirib ki, sülh danışıqlarında mühüm irəliləyiş əldə olunub.

ABŞ-ın xüsusi nümayəndəsi daha sonra aprelin 24-də Moskvaya səfər edib və o, Putinlə də görüşüb. Bundan sonra xüsusi nümayəndənin səfərlərində fasilə yaranıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!