1 Avqust 2025 / 09:18

Avropa Komissiyasının rəhbəri buna görə ittiham olunur

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen demokratik mandata malik olmadan bütün Avropa İttifaqı (Aİ) adından ABŞ-la qeyri-qanuni sövdələşmələr edir.

Tezadlar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində macar ekspert Dyordji Varqa deyib.

Onun sözlərinə görə, AK rəhbərinin ABŞ prezidenti Donald Trampla bağladığı saziş “tamamilə prinsipsiz görünür”. O, kapitalizm şəraitində iqtisadi oyunçuların Brüsselin “qlobalist ideologiyanın idarə etdiyi diletantizm”inə uyğun deyil, öz maraqları əsasında hərəkət etdiyini vurğulayıb.

“Fon der Leyen bütün Aİ ölkələri adından danışır, lakin hansı mandat altında olduğu bəlli deyil. Enerji siyasəti Aİ ölkələrinin preroqatividir, bu, AK-nin səlahiyyətinə aid deyil. Sual yaranır: ABŞ-ın enerji resurslarını 750 milyard dollara dəqiq kim alacaq və fon der Leyen hansı əsaslarla ölkələr adından bu cür öhdəliklər götürüb?” – Varqa soruşub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!