1 Avqust 2025 / 17:59

“Tərəqqi” medalı Asif Mərziliyə təqdim olundu- FOTO

Az əvvəl Medianın İnkişafı Agentliyində Milli Mətbuatın 150 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş jurnalistlərə Fəxri adın medalı və vəsiqəsi təqdim edildi. Mükafatlar Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Prezident Administrasiyasının əməkdaşı tərəfindən jurnalistlərə təqdim olundu. Bu fəxri ada layiq görülənlər arasında “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili (Məmmədov Asif Millət oğlu) da var.

Xatırladırıq ki, Azərbaycan Prezidenti 21 iyul 2025-ci ildə media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalamışdır. Tezadlar.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə bir qrup jurnalist Fəxri adlara layiq görülüblər.

ELŞAD

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!