Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskva ilə Vaşinqton arasında ilin əvvəlindən davam edən Ukrayna məsələlərinin substantiv müzakirəsi çox faydalıdır və nəticə verir.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin saytında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“ABŞ-ın hazırkı administrasiyasının birbaşa dialoqu bərpa etməsi normal diplomatik təcrübəyə tam uyğundur, Co Bayden dövründə ondan imtina edilməsi sağlam düşüncəyə ziddir. Moskva ilə Vaşinqton arasında ilin əvvəlindən davam edən Ukrayna məsələlərinin substantiv müzakirəsi çox faydalıdır və nəticə verir. Məhz prezident Donald Trampın əzmkarlığı sayəsində Kiyev rejimi İstanbul danışıqlarını bərpa etmək təklifimizlə razılaşdı”, – Lavrov qeyd edib.
E.ŞİRİNOV