2 Avqust 2025 / 15:52

Suriyanın energetika naziri Azərbaycandan çox razıdır- SƏBƏB

Artıq Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya nəqli rəsmi şəkildə başlanıb. Tezadlar.az AzərTAC- a istinadla bildirir ki, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılmasına başlanılması ilə bağlı keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında belə deyib. Sitat:  “Hazırda ilkin mərhələdə gündəlik 3,4 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Bu imkana və dəstəyə görə azərbaycanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu proses, əslində, ölkə prezidentimizin son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra mümkün olub”.

M.Əl Bəşir əlavə edib ki, bu layihə birbaşa Suriya xalqının rifahına və ölkədə enerji təchizatının davamlı təmin olunmasına xidmət edəcək. Bu artıq strateji bir məsələdir…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!