3 Avqust 2025 / 18:01

Uitkoffun Rusiyaya səfəri dialoq əhval-ruhiyyəsini əks etdirir, lakin…

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiyaya gözlənilən səfəri Amerika tərəfinin Rusiya Federasiyası ilə dialoqu davam etdirmək əhval-ruhiyyəsini əks etdirir, lakin nəticələr açıqlanmadan bu səfər faktını çox qiymətləndirməyə dəyməz.

Tezadlar.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində “Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritski deyib.

“Uitkoffun səfəri faktının özü onu göstərir ki, ABŞ administrasiyasının ən azı müəyyən hissəsi razılığa gəlmək üçün danışıqları davam etdirmək əhval-ruhiyyəsindədir. Burada konstruktivliyin əsas məqamı budur. Bu konstruktivlik hansı səviyyədədir, Uitkoff nə dərəcədə konstruktivlik nümayiş etdirə bilər, biz danışıqların nəticələrinə əsasən görəcəyik”, – ekspert müvafiq suala cavab verərək qeyd edib.

Onun sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsinin səfəri faktının özü də “müsbət siqnal” kimi qiymətləndirilə bilər. “Biz onu həddən artıq qiymətləndirməməliyik, bizim də heç bir illüziyamız olmamalıdır”, – Bıstritski aydınlaşdırdı.

Bir gün əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Uitkoffun bu həftə sonu Rusiya paytaxtında olacağını bildirmişdi. ABŞ prezidentinin xüsusi nümayəndəsi yaxın keçmişdə bir neçə dəfə Rusiyaya səfər edib, o cümlədən Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!