MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Abşeron rayonun Masazır qəsəbəsində 8 yaşlı qıza anası tərəfindən işgəncə verildiyi, onun bədənində siqaret söndürüldüyü iddia olunur.
Tezadlar.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunub ki, uşağın bədənində işgəncə izləri var.
Uşağın anası Fatimə Mahmudova iddiaları təkzib edib və bildirib ki, bu, onunla ədavəti olan şəxslərin qərəzli paylaşımlarıdır.
Məsələ ilə bağlı DİN-dən bildirilib ki, ananın ərazi üzrə polis idarəsində izahatı alınıb. Görüntülərlə bağlı araşdırma davam etdirilir.