Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) Azərbaycanın adı 74-cü yerdə qərarlaşıb, həm də…
TEZADLAR.AZ xəbər verir ki, bu barədə tanınmış təhsil mütəxəssisi Kamran Əsədov sosial media hesabında paylaşım edib:
“110 ölkənin iştirak etdiyi Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında yekun nəticələr açıqlanıb:
1. Çin (6 qızıl);
2. ABŞ (5 qızıl, 1 gümüş);
3. Cənubi Koreya (4 qızıl, 2 gümüş);
10. Türkiyə (2 qızıl, 3 gümüş, 1 bürünc);
12. İran (2 qızıl, 3 gümüş, 1 bürünc);
17. Qazaxıstan (4 gümüş, 2 bürünc);
28. Özbəkistan (4 gümüş, 1 bürünc);
37. Qırğızıstan (2 gümüş, 3 bürünc);
47. Türkmənistan (2 gümüş, 1 bürünc);
54. Ermənistan (3 bürünc);
63. Gürcüstan (2 bürünc);
74.

Azərbaycan (heç bir medal qazanılmayıb)”.
***
Siyahıya diqqət yetirdikdə doğrudan da təəssüflənməmək olmur. Axı Azərbaycanda hər il saysız-hesabsız imtahanlar, yarışlar, olimpiadalar təşkil olunur və qalib gələn məktəblilər yetərincədir.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin 16 iyul 2025-ci ildə verdiyi əmri ilə təkcə bu il – 2024-2024-cü tədris ilində orta məktəbi bitirən məzunların 220 nəfəri qızıl, 41 nəfəri isə gümüş nişanla təltif ediliblər. Bu təltif hər il var.
Sual olunur:
-Necə ola bilər ki, tədris ilinin sonunda təltif edilən bu qədər qızıl və gümüş medalçılar arasında Riyaziyyat Olimpiadasında iştirak edib (?) ölkəsinə medal qazandıra bilən olmayıb?
Əgər il sonunda 11-ci sinfi bitirib medal qazanacaq qədər savadlı olan məktəblilərdən göndərilməyibsə, deməli seçim düzgün edilməyib, göndərilibsə, lakin yer qazana bilməyiblərsə…
Yəqin ki, bundan nəticə çıxarmağın – orta məktəblərin tədris proqramlarına və ali məktəblərin test imtahanlarına diqqət yetirməyin zamanı çoxdan çatıb. Yoxsa, təhsil səviyyəsini bəyənmədiyimiz ölkələrin sırasında sonuncu olmaqdan utanmaqda davam edəcəyik..
P.S. Onu da xatırladaq ki, 2021-ci il tarixlərində Sankt-Peterburqda 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) keçirilərkən Azərbaycan məktəbliləri 2 bürünc, 2022-ci ildə 1 gümüş və 4 bürüc, 2023-cü ildə 1 gümüş və 2 bürünc, 2024-də 1 bürünc medal və həvəsləndirici mükafatlar qazanıblar.
JASMİN