MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“1. Respublika Riyaziyyat Olimpiadasının səviyyəsini və çəkisini qaldırmaq lazımdır. Respublika və Beynəlxalq olimpiadalar arasındakı məzmun fərqini xeyli daraltmaq doğru olardı.Respublika Riyaziyyat Olimpiadasının iştirakçısı olaraq qeyd etmək istərdim ki, əvvəlki dövrlərdə, hətta rayon və respublika olimpiadaları arasındakı məzmun hədsiz fərqli olurdu
2. Respublika Olimpiadasının qaliblərinin beynəlxalq olimpiadalara hazırlığı üçün peşəkar mütəxəssislər yetişdirmək lazımdır. Bunun üçün Türkiyə təcrübəsindən faydalanmaq doğru olar. Zamanında biz qardaşlarımıza bu sahədə kömək etmişik, əminəm ki indi də onlar bizə yardım edərlər.3. Respublika Olimpiadalarının qalibləri üçün yay düşərgələri təşkil etmək və kənardan da mütəxəssislər cəlb etmək faydalı olardı4. Biz fərqində olmalıyıq ki mövcud qəbul sistemi istedadlı uşaqların yetişdirilməsi ilə uzlaşmır və onlara fərqli yanaşma sərgilənməlidir5. İstənilən halda, hər şey məktəblinin özündən, onun hazırlığından, onun səylərinin necə olmasından asılıdır. Məntiqlə olimpiadalarda şagirdin uğurları ilbəil artmalıdır. Yəni bürünc alan məktəbli növbəti mərhələdə ən azı bürünc və ya gümüş ala bilmirsə, demək məktəbli ilə bağlı da problem var.Mövcud qaydalara görə, olimpiadada bir dəfə uğur qazanan şagird artıq ali məktəb problemini həll etmiş olur. Elə mexanizm qurulmalıdır ki, bir dəfə uğur qazanan şagirddə arxayınlıq yaranmasın və öz üzərində işləsin.6. İdmanda qaliblərə və onların məşqçilərinə dövlət səviyyəsində olan münasibət fənlər üzrə beynəlxalq olimpiada qaliblərinə də şamil olunmalıdır. ETN bununla bağlı səylərini gücləndirməlidir və hökumətə təkliflərini təqdim etməlidir
7. ETN beynəlxalq olimpiadalara hazırlıq məsələsini xüsusi nəzarətə götürməlidir. Bura resurslar ayrılmalıdır. Metodiki vəsaitlər hazırlanmalıdır. Olimpiadaya hazırlıq mərkəzinin statusunu qaldırmalıdır, bu mərkəz problemin həllinə sistemli yanaşma sərgiləməlidir və ilaxır”, – deyə o diqqətə çatdırıb.