4 Avqust 2025 / 14:13

Putin Zelenski ilə görüşməyə hazırdır, amma bir şərt var… – Peskov

Donald Trampın Ukraynada atəşi dayandırmaq ultimatumu fonunda Kreml Rusiya lideri Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında görüş ehtimalı barədə danışmağa başlayıb.

“Putin ekspertlər səviyyəsində hazırlıq işlərindən sonra Zelenski ilə görüşməyə hazırdır”, – Tezadlar.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Rusiya mətbuatına açıqlamasında deyib.

Eyni zamanda o, Putinlə Zelenski arasında görüş üçün hazırlıq işlərinin hələ aparılmadığını vurğulayıb. Bununla belə, Kreml bu həftə Moskvada Putinlə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçiriləcəyini istisna etmir.

Zelenski və Putin görüşü 

Bundan əvvəl Zelenski Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşü ilə bağlı Rusiya tərəfində irəliləyiş olduğunu bildirmişdi.

Eyni zamanda, Kreml Putin və Zelenski arasında görüşün avqustun sonundan əvvəl baş tutmayacağını bildirib.

Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal bildirib ki, Rusiya nümayəndələri Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüşə hazırlığın məntiqini Ukrayna tərəfindən tamam fərqli görürlər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!