4 Avqust 2025 / 17:30

Bu kitabı oxuyun ki…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri çərçivəsində kitabxananın fəal oxucusu, şair, publisist Elxan Cəfərov kitablarını hədiyyə etdi.

Yaradıcılığında vətənpərvərlik kateqoriyalarına, milli ideyalara üstünlük verən Elxan Cəfərovun (Orxanoğlu) fəlsəfi baxışları çoxəsrlik milli ənənələrə və multikulturalizmin özünəməxsus xüsusiyyətlərinə söykənir. Vətənə olan dərin məhəbbət və ülvi sevgi, xalqımızın mərdliyi və qəhrəmanlığı şairin bütün əsəslərinin ana xəttidir.

Elxan Orxanoğlunun “Və hər şey keçəcək…” («И всё пройдёт…») adlı yeni toplusu iki hissədən ibarətdir.

Toplunun birinci hissəsində yaşadığımız həyatın məqsədini dərk etmək fəlsəfəsinə və dərin məhəbbətə xüsusi yer tutan, ruhun kamilliyi üçün mənəvi meyarlar prizmasından qiymətləndirilməklə şeirlər təqdim olunur. İkinci hissədə xalqımızın milli təfəkkürünün və kimliyinin dirçəlişində müəyyən təsir göstərmiş, bütün dünyada tanınan görkəmli Azərbaycanın şəxsiyyətlərinin apardıqları ardıcıl, məqsədyönlü və uğurlu siyasətin təsiri altında müxtəlif qəzetlərdə dərc olunmuş məqalələr, müsaibələr və şərhlər verilib.

Elxan Orxanoğlunun şeirlərinə yazılmış mahnıları xalq artistləri Flora Kərimova və Alim Qasımov ifa ediblər.

Oxucular kitabları Yasamal rayonunun ərazisində yerləşən bütün kütləvi kitabxanalarda oxuya bilərlər.

Y.Məmmədli

Oxucu və izləyicilər Elxan Cəfərov (Orxanoğlu) və onun yaradıcılığı haqqında daha ətraflı məlumatla  aşağıdakı keçiddə tanış ola bilərlər:

https://drive.google.com/file/d/1FqyB4vClgp_NVn3gY56X9_HImL-6Z0bb/view

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!