MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Hindistana tətbiq edilən tarif vergisini artırmaq qərarına gəlib.
Tezadlar.az bildirir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında məlumat verib.
Onun sözlərinə görə, Hindistan sadəcə böyük həcmdə Rusiya nefti almaqla kifayətlənmir, həm də aldıqdan sonra neftin bir hissəsini açıq bazarda satır və Ukraynada öldürülən insanların taleyinə məhəl qoymur.
Tramp tarif vergisinin nə qədər artırılacağını deməsə də, bu verginin əhəmiyyətli həddə yüksəldiləcəyini bəyan edib.