5 Avqust 2025 / 17:07

Tramp Hindistanı Rusiya ilə yaxınlığına görə sanksiyalarla hədələdi

ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsi fonunda Hindistanı Rusiya ilə yaxın əlaqələrinə görə tənqid edib və iqtisadi sanksiyalarla hədələyib.

Tezadlar.az xəbər verir ki, Tramp Hindistana tətbiq olunan tarif vergilərini artırmaq qərarına gəldiyini bildirib.

Onun sözlərinə görə, Hindistan yalnız Rusiya nefti almaqla kifayətlənmir, həm də bu neftin bir hissəsini beynəlxalq bazarda satır və Ukraynada baş verən insan itkilərinə laqeyd yanaşır.

Tariflərin konkret nə qədər artırılacağı açıqlanmasa da, Tramp bunun ciddi həddə olacağını vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!