6 Avqust 2025 / 16:56

Trampın nümayəndəsi Putinlə 3 saat danışıqlar aparıb

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başa çatıb. Tezadlar.az TASS-a istinadən xəbər verir ki, müzakirələr üç saata yaxın davam edib. Bundan sonra Uitkoffu müşayiət edən avtomobillər Kremlin ərazisini tərk edib. “Rusiya Prezidenti Vladimir Putinlə Donald Trampın nümayəndəsi arasındakı danışıqlar faydalı və konstruktiv keçib”. Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov əlavı olaraq deyib ki, müzakirələrin əsasını Ukrayna böhranı, habelə Rusiya ilə ABŞ arasındakı strateji əməkdaşlığın mümkün inkişaf perspektivləri təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!