Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüş Rusiya-Amerika münasibətlərinin bərpası və Ukrayna böhranının həlli baxımından mühüm və vaxtındadır.
Tezadlar.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski deyib.
“Dialoq həm Rusiya-Amerika münasibətlərinin bərpası prosesinin, həm də böhranın həlli prosesinin əsas komponentidir. Bu nöqteyi-nəzərdən ABŞ prezidentinin xüsusi nümayəndəsinin səfəri şübhəsiz ki, vacib və vaxtındadır”, – deputat bildirib.
Slutski qeyd edib ki, görüş zamanı “ən ciddi məsələlər” müzakirə olunub və müvafiq siqnallar ötürülüb. “Lakin nəticələrin xarakterini gələcək inkişaflara əsasən qiymətləndirmək olar”, – Duma komitəsinin rəhbəri vurğulayıb.
E.ŞİRİNOV