Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Kremldə keçirilən görüşdə “böyük irəliləyiş” əldə olunub.
Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində deyib.
“Böyük irəliləyiş əldə olunub!” – o yazıb.
Trampın sözlərinə görə, o, Avropadakı bəzi müttəfiqlərinə görüşün nəticələri barədə məlumat verib. O qeyd edib ki, bütün tərəflər Ukraynadakı münaqişəyə son qoymaq barədə razılıqlarını təsdiqləyir. ABŞ prezidenti əlavə edib ki, bu istiqamətdə işlər yaxın günlərdə və həftələrdə aparılacaq.
“Reuters”in məlumatına görə, Ağ Ev görüşü müsbət qiymətləndirib.
Rusiya lideri Trampın xüsusi nümayəndəsi ilə təxminən üç saat danışıb.
Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Uitkoffun Moskvaya səfərini uğurlu adlandırıb. O, Putinin ABŞ nümayəndəsi ilə görüşünün Rusiya-Amerika münasibətlərinə müsbət təsir etdiyini də açıqlayıb. Dmitriyevin sözlərinə görə, ölkələr arasında dialoq davam edəcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ukrayna məsələsi ilə bağlı ABŞ-a bəzi siqnalların verildiyini bildirib.
E.ŞİRİNOV