Əsas məzmuna keç

Putin Trampla təkbətək görüş istəyir ki…

Trampın xüsusi nümayəndəsinin Putinlə görüşü dünya mediasının diqqət mərkəzindədir… Bunun ardınca isə Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffla görüşündə nə vaxtsa Amerika lideri ilə görüşmək istədiyini deyib.  Tezadlar.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Piter Dusi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Uitkoff bu mesajı Trampa çatdırıb, o isə görüşün nəticəsi Ukraynada müharibəyə son qoymaq olacağı təqdirdə artıq gələn həftə belə bir söhbətə açıq olduğunu deyib. İndi qalır iki liderin təkbətək görüşü…

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…