7 Avqust 2025 / 11:43

Zelenski Ukraynanın milli təhlükəsizlik müşavirləri ilə müttəfiqləri arasında əlaqələrin olduğunu açıqlayıb

Avqustun 7-də ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Moskvaya səfərindən sonra Ukrayna və Qərb ölkələrinin milli təhlükəsizlik müşavirləri arasında təmaslar baş tutacaq.

Tezadlar.az bildirir ki, bu barədə Vladimir Zelenski Telegram kanalında məlumat verib.

“Ünsiyyət milli təhlükəsizlik müşavirləri səviyyəsində aparılacaq – mən bu xüsusi formatın bu gün keçirilməsi barədə göstəriş vermişəm”, – o qeyd edib.

Zelenski əlavə edib ki, onun Almaniya kansleri Fridrix Merzlə telefon danışığı planlaşdırılıb və çərşənbə günü axşam NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı olub.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Uitkoff avqustun 6-da səhər saatlarında Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Faydalı və konstruktiv söhbət olub, – Uşakov qeyd edib. Onun sözlərinə görə, Rusiya tərəfi Ukrayna məsələsi ilə bağlı bəzi siqnallar verib və Trampdan müvafiq siqnallar alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!