7 Avqust 2025 / 16:09

Putin: Zelenski ilə görüş mümkündür, lakin…

Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib. Lakin belə təmaslar üçün şərait yaradılmalıdır.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya dövlətinin başçısı Kremldə Birləşmiş Ərəb Əmirliklərinin lideri Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra jurnalistlərlə söhbətində deyib.

“Mən artıq dəfələrlə demişəm ki, ümumiyyətlə, buna qarşı heç bir şeyim yoxdur, bu, mümkündür”, – Putin qeyd edib. – “Amma bunun üçün müəyyən şərait yaradılmalıdır. Amma təəssüf ki, biz hələ də belə şərait yaratmaqdan uzağıq”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!