Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Qarabağ Universitetinin 22 tələbəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunub.
Tezadlar.az DVX-dan verilən məlumata görə, Dövlət Vergi Xidməti ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilən və 2 ay davam edəcək fəaliyyətin əsas məqsədi ikitərəfli faydalı əməkdaşlığın genişləndirilməsi, gənclərin vergi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarədir. Tələbələr üçün Dövlət Vergi Xidmətinin fəaliyyətinin əsasları, hüquq və vəzifələri, dövlət vergi orqanları əməkdaşlarının etik davranış məsələləri, məlumat təhlükəsizliyi, könüllülük fəaliyyətinin məqsədi və motivasiya mövzuları üzrə təlimlər təşkil edilir.
Qarabağ Universiteti ilə əməkdaşlıq çərçivəsində bu prosesin gələcəkdə də davam etdirilməsi, tələbələrin yaradılmış imkanlardan maksimum faydalanması üçün vergi orqanlarında hər bir şəraitin yaradılması nəzərdə tutulur.