8 Avqust 2025 / 15:56

İsrail Trampın Netanyahuya qışqırmasını rədd edir

İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampın iyulun 28-də telefon danışığı zamanı baş nazir Benyamin Netanyahuya qışqırması ilə bağlı xəbərləri təkzib edib.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Netanyahu ilə prezident Tramp arasında yüksək tonlarda şifahi mübahisə olduğu barədə xəbər tamamilə yalandır”, – deyə bəyanatda bildirilir.

Bundan əvvəl “NBC News” telekanalı ABŞ rəsmilərinə istinadən xəbər vermişdi ki, Tramp Qəzzada saxta qıtlıq barədə dediklərinə görə İsrailin baş nazirinə qışqırıb.

Avqustun 6-da Netanyahunun İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının işğalı planları ilə bağlı keçirdiyi görüşdə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirlə mübahisə etdiyi məlum olub. Zamirin sözlərinə görə, Qəzzanı işğal etmək cəhdi İDF əsgərləri arasında böyük itkilərə səbəb olacaq və həmçinin israilli girovların həyatını təhdid edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!