Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 9 avqustdan etibarən şənbə və bazar günlərində qatarların Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəli aşağıdakı kimi təyin edilir:
Bakı-Xırdalan-Sumqayıt:
saat 08:55, 09:15, 17:20, 18:20, 18:55, 19:45, 20:30.
Sumqayıt-Xırdalan-Bakı:
Saat 07:45, 08:00, 09:00, 09:40, 18:02, 18:45, 19:30.
Bakı-Pirşağı-Sumqayıt:
Saat 07:00, 08:00, 08:45, 09:10, 09:50, 10:50, 11:50, 16:50, 17:40, 18:25, 19:00, 19:25, 20:20, 21:00, 22:00, 23:00.
Sumqayıt-Pirşağı-Bakı:
Saat 06:45, 07:25, 08:00, 08:45, 09:52, 10:20, 11:00, 11:30, 12:05, 17:00, 18:20, 19:20, 19:55, 20:20, 21:00, 22:00.
Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.