Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Alyaska Feyrbanks Universitetinin Arktika Təhlükəsizliyi və Dayanıqlılıq Mərkəzinin direktoru Troy Buffard Rusiya və ABŞ prezidenti Vladimir Putin və Donald Tramp arasında görüşün harada keçirilə biləcəyini açıqlayıb.
Tezadlar.az bildirir ki, “RİA Novosti” onun sözlərinə istinadən xəbər verir.
Buffard Putin və Tramp arasında mümkün görüş yerinin adını çəkib və bunun Ankoric və ya onun rayonunda baş tuta biləcəyini qeyd edib. O, əmin edib ki, heç bir təhlükəsizlik problemi olmayacaq.
“Orada yüksək səviyyəli nümayəndə heyətlərinin qəbulu üçün logistika infrastrukturu yaxşı inkişaf edib. Son nümunə ABŞ-ın (keçmiş) dövlət katibi Antoni Blinkenin Çin nümayəndə heyəti ilə görüşünü göstərmək olar”, – ekspert bildirib.
Bundan əvvəl Tramp Putinlə görüşünün gələn həftə, avqustun 15-də baş tutacağını bildirmişdi.Amerika lideri görüşün yeri kimi Alyaskanı göstərib.
E.ŞİRİNOV