9 Avqust 2025 / 22:46

Ərdoğan Bakı ilə İrəvan arasında münasibətlərdə irəliləyişin faydalarını açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərdə müşahidə olunan irəliləyiş bütün regionda sülh və sabitliyə müsbət təsir göstərəcək.

Ərdoğan administrasiyası qeyd edib ki, ölkələr ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhə doğru əldə edilən irəliləyiş sevindiricidir və bütün regionda sülh və sabitliyə töhfə verəcək.

“Türkiyə bu məqsədə çatmaq üçün lazımi dəstəyi verməyə davam edəcək”, – Türkiyə prezident administrasiyası yekunlaşdırıb.

Daha əvvəl “Sputnik Azərbaycan” Türkiyə və Azərbaycanın ortaq türk ordusunun yaradılması barədə razılığa gəlməyə qərar verdiyini yazıb. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri iyunun sonunda Naxçıvan Muxtar Respublikasında artıq birgə taktiki və xüsusi hərbi təlimlər keçirib. Bildirilib ki, Türkiyə-Azərbaycan əməkdaşlığının hərbi-sənaye sahəsində dərinləşdirilməsi respublikalar tərəfindən imzalanmış Şuşa Bəyannaməsində nəzərdə tutulub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!