11 Avqust 2025 / 08:42

Avstraliya BMT Baş Assambleyasında Fələstini tanıyacaq

Baş nazir Entoni Albaneze bildirib ki, Avstraliya sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaq.

“Avstraliya Fələstin xalqının öz dövlətinə olan hüququnu tanıyır…”, – Tezadlar.az xəbər verir ki, “Sidney Morning Herald” siyasətçinin sözlərindən sitat gətirir.

Kanadanın baş naziri Mark Karni də bir müddət əvvəl Ottavanın Fələstini sentyabrda tanıya biləcəyini bildirmişdi.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Kanadaya xəbərdarlıq edib ki, Fələstinin müstəqilliyini tanısa, Vaşinqton və Ottava arasında ticarət sazişinin bağlanması prosesində problemlər yaranacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!