Əsas məzmuna keç

Azad edilmiş ərazilərimizdə daha bir yanğın törədən şəxs saxlanıldı – fotolar

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 min hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

TEZADLAR.AZ  

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…