11 Avqust 2025 / 16:48

“Gürcü Arzusu” Daur İsmayılovun Marneuli merliyinə namizədliyini irəli sürəcək

Bu ilin 4 oktyabr yerli özünüidarəetmə seçkilərində Marneuli meri vəzifəsinə namizəd olaraq hakim “Gürcü Arzusu” partiyası Daur İsmayılovu təqdim edəcək. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, qərar bu gün saat 17:00-da rəsmi şəkildə açıqlanacaq. Məlumatı təsdiqləyən mənbə bildirib ki, partiya artıq İsmayılovun seçki kampaniyası üçün nəzərdə tutulmuş plakat çəkilişlərini yekunlaşdırıb. Qeyd edək ki, 1994-cü il təvəllüdlü Daur İsmayılov siyasi fəaliyyətinə Kvemo Kartli quberniyasında başlayıb və hazırda Marneuli Bələdiyyə Məclisində çalışır. Onun atası, iş adamı İntiqam İsmayılovun mərkəzi hakimiyyət nümayəndələri ilə yaxın əlaqələrinin olduğu bildirilir.

31 yaşlı Daur İsmayılov xüsusilə 2024-cü il parlament seçkiləri zamanı “Gürcü Arzusu” partiyasının ətrafında göstərdiyi fəallıqla tanınmağa başlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!