Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağdam rayonu, Mahrızlı kəndi ərazisində fəaliyyət göstərən, fiziki şəxs İmanov Emin Məhəmmədəli oğluna məxsus heyvan kəsimi məntəqəsində monitorinq keçirilib.
AQTA-dan Tezadlar.az-a verilən məlumata görə, yoxlama zamanı məntəqənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi, kəsimi və satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçilərin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və dövrü olaraq tibbi müayinədən keçmədiyi aşkar olunub.
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq heyvan kəsimi məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı müvafiq göstərişlər verilib.