12 Avqust 2025 / 14:13

Zelenski Avropanı Rusiyaya təzyiqi davam etməyə çağırıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü öncəsi Avropa Rusiyaya “təzyiq göstərməyə davam etməlidir”.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Telegram kanalında bildirib.

“Biz hamımız birlikdə təzyiqlərimizi davam etdirməliyik – güc təzyiqi, sanksiyalar təzyiqi, diplomatiya təzyiqi”, – o qeyd edib.

Bununla yanaşı, Ukrayna lideri əlavə edib ki, Kiyev və Brüssel Trampın münaqişəni həll etmək əzmini dəstəkləyir, lakin Qərb, onun fikrincə, “Rusiyanın dünyanı bir daha aldatmasına imkan verməyən mövqelər formalaşdırmalıdır”.

Avqustun 15-də Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada danışıqlar aparacaq. Danışıqların əsas mövzusu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.

Kreml tarixi və yeri təsdiqləyib. Prezidentin köməkçisi Yuri Uşakov Alyaskanın seçilməsini Rusiyaya coğrafi yaxınlığı ilə izah edib. Onun sözlərinə görə, qarşıdakı günlər görüşün təfərrüatlarının “aktiv və intensiv inkişafına” həsr olunacaq.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!