12 Avqust 2025 / 15:32

Təhsil müəssisələrində qidalanma standartı tətbiq ediləcək – az duzlu, az şəkərli, bol meyvə və ağartılı

Sentyabrın 1-dən Qazaxıstan Respublikasının təhsil müəssisələrində yeni Qidalanma Standartı tətbiq ediləcək.

Tezadlar.az  “Казахстанская правда”ya istinadən xəbər verir ki, bu barədə ölkənini səhiyyə naziri Akmaral Alnazarova hökumətin iclasında bildirib.

Qurumun rəhbəri vurğulayıb ki, təqdim edilən standart, sağlam qidalanma ilə bağlı müasir beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanıb və qidalanmada şəkərin 3,6 dəfə, duzun 5 dəfə azaldılmasını, həmçinin tərəvəz, meyvə və süd məhsullarının istehlakının artırılmasını nəzərdə tutur.

Standartda, həmçinin kiçik ölçülü məktəblərdəki yeməkxanalarda qidalanmanın təşkili və xüsusi pəhrizə ehtiyacı olan uşaqların qidalanması ilə bağlı tələblər də yer alıb. İlk dəfə olaraq yeyilməzlik indeksi anlayışı təqdim edilib.

Qeyd edilir ki, bu, uşaqların qidalanmasından məmnunluq səviyyəsini müəyyən etmək və müvafiq olaraq, məktəb qidalanma sisteminin effektivliyini qiymətləndirmək üçün lazımdır.

***

Yəqin ki, bizim təhsil müəssisələrimiz üçün də belə bir qidalanma standartının qəbulu və düzgün menyunun hazırlanması vaxtı çatıb.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!