15 Avqust 2025 / 07:59

“Putin mənimlə oyun oynaya bilməz…”-TRAMP

Tramp Putinə qarşı sərt açıqlama verib. “_Düşünürəm ki, mən prezident olmasaydım, o,(Rusiya Prezidenti Vladimir Putin – Qeyd) bütün Ukraynanı ələ keçirərdi, bu, heç vaxt baş verməməli olan müharibədir. Amma mən prezidentəm və o, mənimlə oyun oynaya bilməz”. Tezadlar.az Reuters-in canlı efirinə istinadla bildirir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Tramp əlavə edib: “Əgər bu, uğurlu görüş olarsa, yaxın gələcəkdə sülhə nail olacağıq”.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi gözlənilən olub: “Mənim rəhbərliyimdə belə olmayıb və dörd il ərzində heç müzakirə olunmayıb. Münaqişənin yaxınlaşdığını görürdüm, gedəndən sonra nə olduğunu gördüm. Hamı günahkardır, Putin günahkardır, hamısı günahkardır”.

Trampın sərt reaksiyasına Rusiya mediasında oxşar reaksiyalar doğurmaqdadır. “məşhur aparıcı” Solovyov da boğazdan yuxarı danışmağa və ABŞ- ı hədələməyə başlayıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!