15 Avqust 2025 / 11:39

Ukrayna İrandan Rusiyaya dron daşıyan gəmini vurdu

Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki dəniz limanına zərbə endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, zərbə nəticəsində İrandan “Şahed” pilotsuz uçuş aparatları üçün komplektləşdirici hissələr daşıyan gəmi vurulub.

Qeyd olunur ki, bu liman Rusiya tərəfindən İrandan hərbi təyinatlı yüklərin tədarükü üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Rusiya Müdafiə Nazirliyi bu faktı hələki nə təkzib edir, nə də təsdiqləyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!