15 Avqust 2025 / 18:40

Məscid çıxışında silahlı insident baş verdi

İsveçin Erebru şəhərində məscid yaxınlığında atışma nəticəsində bir neçə nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə SVT telekanalı polisə istinadən bildirib.

“Xəsarət alanlar var, lakin hazırda onların vəziyyəti barədə məlumatımız yoxdur”, – polisdən bildirilib.

Xəsarət alanların dəqiq sayı açıqlanmır.

Şahidlərin sözlərinə görə, naməlum şəxs məsciddən çıxan bir şəxsə atəş açıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!