15 Avqust 2025 / 19:35

22 yaşlı yarımmüdafiəçi 2028-dək “Lans”la müqaviləlidir

İtaliyanın “Napoli” klubu futbolçu Endi Diuf üçün Fransa təmsilçisi “Lans”a rəsmi təklif göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hazırkı ölkə çempionu bu transferi 20 milyon avroya gerçəkləşdirmək niyyətindədir. Qarşı tərəf isə 22 yaşlı yarımmüdafiəçi üçün 23 milyon avro tələb edir.

Qeyd edək ki, Endi Diuf 2024/2025 mövsümündə “Lans”ın forması ilə meydana çıxdığı 37 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Liqa 1 təmsilçisi ilə 2028-ci ilin yayınadək müqaviləsi var.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!