Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusyanın Sverdlovsk vilayətində küçədə yüzlərlə “Coca-Cola” butulkasından ibarət tullantı yığını aşkarlanıb.
Tezadlar.az bildirir ki, hadisə Beryozovsk şəhərində İEM-in (istilik-elektrik stansiyası) yaxınlığındakı sahələrdə qeydə alınıb.
Zibil yığınını ilk olaraq yeniyetmələr aşkar ediblər. Etiketə əsasən, içki Azərbaycanda istehsal olunub. İctimai Palatanın üzvü Dmitri Çukreyev hesab edir ki, bu məhsul, yəqin ki, sanksiyalıdır.
“Görünür, sadəcə ondan qurtulublar. Çünki onu satmaq olmaz. Daha dəqiq müəyyənləşdirmək üçün butulkanı tam yoxlamaq lazımdır. Ola bilsin ki, hansısa azərbaycanlı sahibkar məhsuldan qurtulmağa qərar verib ki, ona qarşı iddialar olmasın,” – deyə Çukreyev bildirib.
Yaxın vaxtlarda zibil yığınına kommunal təsərrüfat şöbəsinin əməkdaşları gələcək. Qeyd olunur ki, onlar həmçinin polisə ərizə yazacaqlar.