Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskaya gəlişindən sonra güclü əl sıxmalarını qeyd edib və bu danışıqların iki ölkə üçün münasibətlərdə yeni səhifə açacağına ümid etdiyini bildirib.
“Hər iki prezident Ankoricdə sağ-salamat yerə endi. İlk əl sıxma isti görünürdü. Vladimir Putinin ingilis dilində danışması çox yaxşıdır. Qoy onların görüşləri güclü, inamlı olsun və yeni səhifə açsın. Bir çox insanların fikirləri indi Alyaskadadır. Mən onlardan sadəcə biriyəm və prezidentlərə ən xoş arzularımı bildirirəm”, – o, Teleqram kanalında yazıb.
E.ŞİRİNOV