16 Avqust 2025 / 10:53

Alyaska sammiti zamanı Zelenskinin yaxın ətrafı gərgin idi – “Financial Times”

Prezidentlər Vladimir Putin və Donald Tramp arasında Kiyevdən 5000 mil aralıda baş tutan sammit zamanı Ukrayna lideri Vladimir Zelenskinin yaxın çevrəsində əhval-ruhiyyə “gərgin” olub.

Tezadlar.az bildirir ki, bu barədə “Financial Times” (FT) yüksək vəzifəli ukraynalı məmura istinadən xəbər verir.

“Ukrayna prezidentinin ən yaxın köməkçiləri ölkənin gələcəyi ilə bağlı müzakirələrdən kənarda qalacaqlarından narahat olduqlarını bildiriblər”, – mətndə deyilir.

Öz növbəsində, digər yüksək rütbəli ukraynalı məmur Trampın Rusiya prezidentini qırmızı xalçada qarşıladığını əks etdirən görüntüləri “iyrənc” adlandırıb.

Cümə günü Vladimir Putin və Donald Tramp son altı ildə ilk tam görüşlərini keçiriblər. Sammit Alyaskadakı Elmendorf-Richardson hərbi bazasında baş tutdu və liderlərin “əhəmiyyətli irəliləyiş” elan etmələri, lakin heç bir razılaşma imzalanmaması ilə başa çatıb.

Rusiya Federasiyası və ABŞ prezidentləri əsas məsələləri müzakirə ediblər: Ukraynada münaqişəyə son qoyulması, nüvə silahlarına nəzarət perspektivləri, iqtisadiyyat və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin bərpası.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!