Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron avqustun 18-də Vladimir Zelenski ilə birlikdə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) Yelisey sarayına istinadən məlumat yayıb.
“Respublika prezidenti sabah Zelenski və bir sıra Avropa liderləri ilə Ukraynanın həyati maraqlarını və Avropanın təhlükəsizliyini təmin edəcək ədalətli və davamlı sülhə nail olmaq üçün Avropa və ABŞ arasında koordinasiya üzərində işləməyə davam etmək üçün Vaşinqtona gedəcək”, – agentlik Fransa liderinin administrasiyasından sitat gətirib.
Bu gün, avqustun 17-də Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Key Starmer də Zelenskinin iştirakı ilə Ukraynaya yardım göstərmək istəyənlərin koalisiyasının iclasını keçirəcəklər. “AFP” diplomatik mənbəyə istinadən bildirir ki, “tərəflər gələcək sülh müqaviləsinin bir hissəsi kimi Kiyevə verilə biləcək təhlükəsizlik təminatlarını müzakirə edəcəklər”.
Bundan əvvəl Almaniya Nazirlər Kabineti Merzin Trampın Zelenski ilə görüşündə iştirak edəcəyini açıqlamışdı.
E.ŞİRİNOV