18 Avqust 2025 / 08:17

Tramp və Zelenskinin görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq

ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “Roll Call” qəzeti Ağ Evin cədvəlinə istinadən məlumat yayıb.

Cədvəl göstərir ki, Avropa liderləri Ağ Evə Bakı vaxtı ilə saat 20:00-da gələcəklər. Bakı vaxtı ilə saat 21:00-da Tramp Zelenskini qarşılayacaq, bundan sonra onlar Bakı vaxtı ilə saat 21:15-də görüşə başlayacaqlar. Bakı vaxtı ilə saat 22:15-də ABŞ rəhbəri Avropa liderlərini salamlayacaq. Bakı vaxtı ilə saat 22:30-da birgə şəkil çəkdirəcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir gün əvvəl “Bild” qəzeti Trampın Avropa liderlərinin iştirakı ilə Zelenski ilə görüşməyəcəyini yazmışdı. Media mənbələrinin məlumatına görə, Ağ Ev rəhbəri əvvəlcə Ukrayna prezidenti ilə təkbətək danışıqlar aparacaq, daha sonra onlara Aİ və NATO nümayəndələri də qoşulacaq. Onların birgə işçi naharda iştirak edəcəyi və geniş tərkibdə Ukrayna münaqişəsinin həllini müzakirə edəcəyi gözlənilir.

Avqustun 17-də Reuters agentliyi Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşdən sonra Ukraynaya təzyiq etdiyini yazmışdı. ABŞ liderinin Kiyevi sülh sazişi bağlamağa sövq etdiyi iddia edilir.

Bundan əvvəl ABŞ Zelenskinin Trampla görüş ərəfəsində dilemma ilə üzləşdiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!