Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zelenski Vaşinqtonda Trampın təzyiqi ilə Putinin tələbləri arasında dəstək axtarır
Vladimir Zelenski dilemma ilə üz-üzədir: ya Donald Trampla münaqişə riski ilə üzləşə bilər, ya da Rusiya ilə Ukraynanın ərazi güzəştləri bahasına başa gələ biləcək və gələcəkdə Moskvaya üstünlük verə biləcək sövdələşməyə razıdır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Ukrayna prezidenti Alyaskada Tramp-Putin sammitindən sonra Vaşinqtona gəlib, burada Amerika lideri faktiki olaraq dərhal atəşkəs tələbindən imtina edib və Kiyevi tezliklə sülh planına doğru irəliləməyə çağırıb. Bu, Zelenskiyə minimal manevr imkanı verib.
Vəziyyəti Trampla keçmiş gərgin təmaslar daha da mürəkkəbləşdirir. Fevral ayında Ağ Evə səfəri zamanı iki prezident arasında mübahisə ABŞ-ın hərbi yardımının müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Bu dəfə Zelenskini Avropa liderləri, o cümlədən NATO-nun baş katibi Mark Rutte və Finlandiya prezidenti Aleksandr Stubb müşayiət edir, lakin onların təsiri məhduddur.
Kiyev Putinin şərtlərini öyrənməyə, üçtərəfli görüşə nail olmağa və Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları gücləndirməyə inandırmağa çalışır.
“Putinin çoxlu tələbləri var… Onların hamısını nəzərdən keçirmək üçün vaxt lazımdır – bunu silahların təzyiqi altında etmək olmaz”, – Zelenski ABŞ-a səfərindən əvvəl Brüsseldə deyib.
Tramp Putinlə danışıqlardan sonra ABŞ-ın NATO-nun 5-ci maddəsinin prinsipi ilə müqayisə etdiyi Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olduğunu açıq şəkildə bildirdi. Eyni zamanda o, Kremlin Kiyevin şərq ərazilərinin bir hissəsindən imtina etməsi ilə bağlı tələblərini səsləndirib.
Zelenski “torpaq mübadiləsi” ehtimalını rədd edib. Prezident vurğulayıb: “Ərazi məsələsi bu qədər vacib olduğu üçün onu yalnız Ukrayna və Rusiya liderləri ABŞ-ın iştirakı ilə keçiriləcək görüşdə müzakirə etməlidir. İndiyədək Rusiya üçtərəfli danışıqların baş tutacağına dair heç bir işarə verməyib”.
Bununla belə, ukraynalıların dəstəyi əsas amil olaraq qalır. Artan itkilərə və uzanan əks-hücumlara baxmayaraq, vətəndaşların əksəriyyəti ərazi güzəştlərinin əleyhinədir. Ölkə daxilində Zelenski də siyasi böhran və antikorrupsiya agentlikləri ilə işinə görə etirazlarla üzləşir.
Avropalı müttəfiqlər ehtiyat edirlər ki, Ukraynaya güzəştlər Kremli yeni təcavüzə ruhlandıra bilər. Zelenski özü də etiraf edir ki, Vaşinqtonda əsas vəzifə ABŞ və Avropa arasında mövqeləri əlaqələndirmək olacaq. “Amerikanın Ukrayna üçün təhlükəsizlik təminatlarını təmin etmək üçün Avropa ilə əməkdaşlığa razı olması vacibdir”, – o deyib.
Sülh müqaviləsi – Trampın təklif etdiyi
UNİAN-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün artıq Vaşinqtona gəlib.
Bu xəbərin fonunda Tramp sərt bəyanatla çıxış edib. O, Zelenskinin Rusiya ilə müharibəni “demək olar ki, dərhal” bitirə biləcəyini deyib və şərtləri açıqlayıb.
“Ukrayna prezidenti Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni dayandıra bilər, ya da döyüşə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. Obamanın verdiyi Krımı (12 il əvvəl, bir güllə belə atmadan!) qaytara bilməzsiniz, UKRAYNA NATO-ya QOŞULMAZ. Bəzi şeylər heç vaxt dəyişməyəcək”, – o yazıb.
Tramp Ağ Evi “böyük gün” gözlədiyini də bildirib.
E.ŞİRİNOV