18 Avqust 2025 / 23:37

Trampın Avropa liderləri ilə görüşündə dedikləri

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüşüb. İclasda Fransa prezidenti Emmanuel Makron, həmçinin Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Giorgia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak ediblər.

Tezadlar.az xarici mətbuata istinadən Trampın əsas açıqlamalarını təqdim edir.

  • Tramp bildirib ki, Alyaska sammiti onun Ukraynada sülhün əldə olunmasının mümkünlüyünə inamını gücləndirib.
  • ABŞ prezidenti Rusiya ilə Ukrayna arasında mümkün ərazi mübadiləsinin müzakirəsini zəruri hesab edir.
  • Tramp Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskinin Ukraynadakı münaqişənin həlli üçün ortaq dil tapa biləcəklərinə əmin olduğunu bildirib.
  • Amerika lideri Rusiya Federasiyasının Ukraynaya qarşı “sonrakı təcavüz” təhlükəsinə inanmır.
  • Tramp Putin və Zelenskinin iştirakı ilə Ukrayna üzrə üçtərəfli görüşün baş tutacağına əmindir, yeganə sual onun nə vaxt keçiriləcəyidir.
  • ABŞ prezidenti hesab edir ki, bir-iki həftədən sonra Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həll oluna biləcəyi bəlli olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!