19 Avqust 2025 / 08:24

Ukraynaya məxsus 23 PUA vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiyanın regionları üzərində Ukraynaya məxsus 23 PUA-nı məhv edib və ələ keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 23 pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib: Volqoqrad vilayəti ərazisi üzərində 13 PUA və Rostov vilayəti və Krım Respublikası əraziləri üzərində 5 PUA”, – deyə idarədən bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!