Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidenti Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə görüşün yekunlarını şərh edib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında danışıb.
“Bu gün Vaşinqtonda mühüm danışıqlar aparıldı. Prezident Trampla bir çox məsələlər müzakirə edildi. Təfərrüatlı uzun söhbətdir. Biz təhlükəsizlik təminatlarını müzakirə etdik. Biz ABŞ-ın onları dəstəkləməyə və onların bir hissəsi olmağa hazır olduğuna dair vacib siqnalını yüksək qiymətləndiririk”, – o deyib.
Zelenski həmçinin qeyd edib ki, Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşünü təsdiqləyib, çünki bu, “həssas məsələləri həll etməyə” imkan verəcək. Ukrayna lideri həmçinin Trampa və “Şəxsən Ukraynanı dəstəkləməyə gələn” bütün Avropa liderlərinə təşəkkür edib.
Bundan əvvəl məlum olub ki, Zelenski Oval kabinetdəki çıxışının ilk dəqiqələrində Trampa və Amerika administrasiyasına altı dəfə təşəkkür edib.
E.ŞİRİNOV